Əvvəlki yazıda biz əxlaq sisteminin ilkin yaranma şərtlərinə nəzər yetirdik və insan cəmiyyətinin təbii iqtisadi-sosial tələbatını tənzimləmək ehtiyacı səbəbi ilə formlaşdığını iddia etdik. Qısaca buna əxlaqın induktiv isbatı adını verdik.
Birinci yazıdan da aydın olduğu kimi əxlaq dəyərləri müəyyən sosial-iqtisadi məqsədlər üçün seçilir. İnsanın daim xoşbəxt olmağa çalışdığını nəzərə alaraq geniş mənada deyə bilərik ki, çox güman ki, əxlaq dəyərləri əsas məqsəd olaraq xoşbəxt olmaq üçün seçilir. Digər ifadə ilə biz elə əxlaq dəyərləri seçirik ki, o bizi yaşadığımız müddətcə xoşbəxt etsin.
Ancaq aydın deyil ki, əxlaq dəyərləri hansı formada bizi xoşbəxt edə bilər. Xoşbəxtliyin determinatları barədə müzakirəsi uzun yüz illiklərdi ki müzakirə edilir. Ümumi olaraq determinantları olaraq biz maddi və qeyri maddi dəyərlərin əldə edilməsi kimi qruplaşdıra bilərik. Əgər insanın bu dünya ilə məhdudlaşdığını fərz etsək (daha sonra biz digər dünyanı da modelə daxil edəcəyik), yəni yalniz maddi dəyərlərə çatmaq istədiyini fərz edək. Maddi dəyərlərə çatdıqda insan həzz alır, maddi dəyərlərin azalması əzab verir. Maddi dəyərlərin çoxalması insanın mövcudluğunun təmin edilməsinə müsbət təsir edir, əksi isə mənfi təsir edir. O zaman xoşbəxtlik insanın əzablı ilə xoşbəxt anları (günləri) arasında fərqin minimumlaşdırılması problemidir. Sonunda insanın həyatda məqsəd funksiyası aşağıdakı formasını alacaqdır:
\begin{equation}
Xoşbəxtlik= min\{ Əzablı \ anlar - Xoşbəxt \ anlar \}
\end{equation}
Xoşbəxtlik funksiyasının xassələri nələrdir. İlk öncə, xoşbəxtlik düşünürük ki, ani bir prosesdir yəni, diskretdir. İnsan daim xoşbəxt ola bilməz. Həyat anlardan ibarətdir, və bu anlar ya əzablı ya da xoşbəxt keçə bilər. Sadəcə bu (hər iki) anlardan hər hansınınsa sayı kifayət qədər çox olduqda insan özünü daim xoşbəxt və ya bədbəxt hesab edə bilər. İnsanın daimi xoşbəxtliyi məqsəd funsksiyasının kəsilməzlik illuziyasıdır. Xoşbəxtlik daimi yəni kəsilməz deyil, bu sadəcə psixoloji illuziyadır.
Hər bir anın zamana görə fərqli yaratdığı töhfəyə (təsirinə) görə çəkisi (önəm) ola bilər. İnsanlar adətən ən yaxın anların təsirini daha çox hiss etdikləri üçün yaxın zamandakı anlara daha çox, zamanla geridə qalan anlara isə daha az çəki verirlər. Bu baxımdan zaman ərzində bölüşdürülmüş anların yaxın zamana daha çox önəm verəcəklər. Yəni, çox böyük ehtimalla insan on il əvvəlki hadisəyə daha az önəm verəcək və bugün və ya yaxın keçmişdə baş verən hadisəyə isə çox önəm (çəki) verəcək.
Həmçinin, anların öz əhəmiyyətlilik dərəcəsinə görə də xoşbəxtlik funskiyasına fərqli təsir göstərə bilər. Çox güman ki, əhəmiyyətlilik və töhfə çəkisi hər bir insan üçün fərqli olacaqdır, ancaq məqsəd funksiyasını N sayda insanlar üzərindən (cəmiyyət üzrə) cəmləsək ortalama olaraq hadisələrin məqsəd funskiyasına verdiyi töhfə bərabər olacaqdır və zamanla isə azalan xarakterə sahib olacaqdır.
Bu baxımdan məqsəd funksiyamızı daha ümumi formada aşağıdakı kimi yaza bilərik:
\begin{equation}
\mathcal{H}(t) = min\{ \beta ^t [A(n)(t) - S(n)(t) ]\}
\end{equation}
Biz pis və yaxşı anlarımızı əxlaq çoxluğumuz çərçivəsindən dəyərləndirik və bu dəyərlər çoxluğu bizim yaxşı və pis anlarımızın keyfiyyətini müəyyənləşdirir. Yəni biz həyat boyu elə dəyərlər çoxluğu təyin edirik ki, o bizim qoyduğumuz hədəf və məqsədlərimizə çatmaqda köməkçi olsun və nəticədə xoşbəxt anlarımızı maksimallaşdırsın. O zaman əxlaq çoxluğu məqsəd funksiyamızın məhdudiyyət funksiyası olacaqdır. Məqsəd funskiyası o zaman əxlaq çoxluğundan asılı olaraq minimallaşdıra problemidir. Problemin həlli statik-dinamikdir və hər dövrlər üçün keçərlidir. Ancaq çətinliklərdən biri bu dəyərin kəmiyyət olaraq göstərilməsidir.
Beləliklə məhdudiyyət funksiyamız əxlaq çoxluğumuzudur. İlk öncə əxlaq funksiyasını statik (zamandan asılı olmayan) formada yazmağa çalışaq.
\begin{equation}
\Xi = \Sigma [d_i]
\end{equation}
Burada $ [d_i]$ i-ci dəyərdir.
Əgər əxlaq sisteminin dinamik (zamanla dəyişdiyini) olduğunu fərz etsək, o zaman məqsəd funksiyasının həlli dinamik həll olacaqdır və daha mürəkkəb olacaqdır. Məsələni həll etməmişdən əvvəl əxlaqın statik və ya dinamik olması barədə aydınlıq gətirməyə çalışaq.

0 şərhlər:
Post a Comment